Hazırda ölkədə minlərlə insan kredit borcu ilə üz-üzədir. Bəziləri isə ümidsiz şəkildə gözləyir ki, hansısa qərarla onların borcu silinəcək. Maraqlıdır, kredit borcu hansı hallarda bağışlana və ya silinə bilər?
Mövzunu iqtisadçı ekspert Əkrəm Həsənov KONKRET.az-a şərh edib:
“Borcun silinməsi yalnız kredit verən qurumun, yəni bank və ya digər maliyyə təşkilatının öz iradəsi ilə baş verər. Heç kim, o cümlədən dövlət belə, bankı bu addımı atmağa məcbur edə bilməz.
Dövlət yalnız müəyyən hallarda, sosial dəstək məqsədilə büdcədən vəsait ayıraraq borclulara yardım göstərə bilər. Belə bir hal 2019-cu ildə Prezidentin imzaladığı fərmanla baş vermişdi. Həmin vaxt dövlət borc yükü altında olan vətəndaşların kreditlərinin bir hissəsini öz üzərinə götürmüş, banklara ödəniş etmişdi. Lakin bu borcun silinməsi deyil, dövlətin vətəndaşlar adından həmin borcu ödəməsi kimi qiymətləndirilir”.
İqtisadçı qeyd edib ki, kredit borcları ilə bağlı hüquqi məqamlara da diqqət yetirilməlidir.
“Qanunvericiliyə əsasən əvvəllər banklar borcu tələb etmək üçün 3 il müddətində məhkəməyə müraciət edə bilərdilər. Hazırda isə fiziki şəxslərlə bağlı bu müddət 1 ilə endirilib, hüquqi şəxslər və sahibkarlarla bağlı isə 3 il qüvvədə saxlanılıb.
Bu müddət kredit müqaviləsinin müddəti başa çatdıqdan sonra başlayır. Bank həmin müddət ərzində məhkəməyə müraciət etməzsə, sonradan iddiası məhkəmə tərəfindən təmin olunmaya bilər. Lakin bu, o demək deyil ki, borc silinir. Borc kredit tarixçəsində qalır və şəxsin maliyyə reytinqinə təsir göstərməyə davam edir”.
Mütəxəssis bildirib ki, vətəndaşlar bu məsələdə çaşqınlığa düşməməli, borcun rəsmi şəkildə silinməsi və ya ödənməsi ilə hüquqi nəticələrin fərqli olduğunu unutmamalıdırlar.
Aynurə İsmayıl
KONKRET.az
Dövlət mənə də yardım etsində borcumun silinməsilə bağlı..çox çətindəyəm..xəstə valideyinlərimə baxıram çatdıra bilmirəm..yüklənmişəm😔
Salam mənim kredit borcum var çox çətin vəziyətdəyəm ödüyə bilmirəm.Məndə istiyərəmki bu borc bağışlanılsın.ALLAH Hər kəsin qazancın bol eləsin tezdiynən borcdan uzaq olsunlar.Çox xahiş edirəm bu məslədə biz vətəndaşlara bir köməyliy edin
Dövlət mənə də kömək eləsin kapital balansındakı pulu heç olmasa borclarına silsinlr ödəyə bilmirəm
Menim iwim deyiwib.
Adima yigilan sugorta puluynan silinsin.
Bangsiz yawamaq isteyirem
Salam menim iw yerim detiwdi krediti odemeye cetinlik cekirem.
Sugortaya yigilan puldan silinsin
Kaşki bele bir aksiya olardı dövlətimiz kredit borclarmzi bağlayardı hamı etdiyyac üzündən götürür