DİQQƏT: Bu şəxslər işə düzələn zaman attestasiyadan keçməyəcəkbackend

DİQQƏT: Bu şəxslər işə düzələn zaman attestasiyadan keçməyəcək

“Azərbaycan Respublikası Əmək Məcəlləsinin 64-cü maddəsinin (İş yerlərinin attestasiyası, onun məqsədi və keçirilməsinin tənzimlənməsi) 2-ci hissəsinə əsasən, işəgötürən müvafiq iş yerlərində əməyin mühafizəsi tədbirlərinin təmin olunmasını həyata keçirməlidir. Eyni zamanda istehsal sanitariya və gigiyenasının vəziyyətini müəyyən etmək, yaxşılaşdırmaq məqsədi ilə iş yerlərinin attestasiyasını keçirməlidir. Bundan başqa əmək məhsuldarlığının və işin səmərəliliyinin artırılması, əməyin təşkilində ən mütərəqqi üsulların, o cümlədən yeni texnikanın və ya texnologiyanın tətbiqi mütləq olmalıdır”.

Bu fikirləri Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq departamentinin müdiri, vəkil Fuad Məmmədov KONKRET.az-a açıqlamasında səsləndirib.

“Əmək Məcəlləsi ilə attestasiya olunmayan işlər də müəyyən edilib. Belə ki, Məcəllənin 66-cı maddəsinə əsasən aşağıdakı işçilərin attestasiyası keçirilmir:

– vətənin müdafiəsi, azadlığı və ərazi bütövlüyü uğrunda hərbi əməliyyatlarda xəsarət (yaralanma, travma, kontuziya) almış və əlilliyi müəyyən edilmiş işçilər;

– Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün müdafiəsi zamanı göstərdiyi şücaətlərə görə dövlət təltiflərinə və fəxri adlarına layiq görülmüş işçilər;

– bir vəzifədə (peşədə) beş ildən az müddətdə çalışan məcburi köçkün və qaçqın statusu olan işçilər;

– hamilə qadınlar;

– uşağının üç yaşınadək sosial məzuniyyətdə olan və həmin məzuniyyət bitdikdən sonra bir ildən az müddətdə müvafiq vəzifədə (peşədə) çalışan qadınlar (uşağını təkbaşına böyüdən kişilər);

– yaşı 18-dən az olan işçilər;

– bir vəzifədə (peşədə) faktik olaraq 1 (bir) ildən az müddətdə çalışan işçilər;

– eyni vəzifədə (peşədə) azı üç dəfə attestasiya olunaraq tutduğu vəzifəyə uyğun olduğu müəyyən edilmiş işçilər;

– kollektiv müqavilələrdə (sazişlərdə) nəzərdə tutulan hallarda attestasiya olunmayan işçilər;

– Azərbaycan Respublikasında praktik tibb və ya əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilər;

-“Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən sertifikatlaşdırmaya cəlb edilən təhsilverənlər”.

Vəkilin sözlərinə görə, məcəllənin 66-cı maddəsindən göründüyü kimi, bir vəzifədə (peşədə) faktik olaraq 1 (bir) ildən az müddətdə çalışan işçilər attestasiyadan keçirilmirlər.

“İşə yeni düəzələn şəxs də çalışdığı vəzifədə (peşədə) 1 (bir) ilə qədər işləyirsə, attestasiyadan keçirilə bilməz”.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*