Vəzifəli şəxslərin səlahiyyətlərindən sui-istifadə etməsi halları Azərbaycan qanunvericiliyinə əsasənciddi hüquqi məsuliyyət yaradır.
Mövzuya aydınlıq gətirmək üçün KONKRET.az-a danışan vəkil Ramil Süleymanov bildirib ki, bu cür hallar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308-ci maddəsi ilə sanksiyalaşdırılıb.

“Səlahiyyətlərdən sui-istifadə o zaman baş verir ki, həmin şəxs öz xidməti vəzifələrini icra edərkən dövlət və ya vətəndaşların qanuni maraqlarına zərər vurur. Eyni zamanda həm öz, həm də üçüncü şəxslərin mənafeyinə uyğun hərəkət edir,” – vəkil bildirib.
Onun sözlərinə görə, bu əməllərə görə 2 mindən 4 min manatadək cərimə, 3 ilə qədər müəyyən vəzifə tutma və ya fəaliyyətlə məşğul olma hüququndan məhrumetmə, 2 ilə qədər islah işləri, eləcə də 3 ilə qədər azadlığın məhdudlaşdırılması və ya məhrumetmə cəzası nəzərdə tutulur.
Ramil Süleymanov əlavə edib ki, əgər həmin hərəkətlər ağır nəticələrə səbəb olarsa və ya referendumun nəticələrinə təsir göstərmək məqsədilə törədilərsə, bu halda şəxsin 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrum edilməsi cəzası tətbiq olunur.
Müşviq Tofiqoğlu
KONKRET.az

