DİQQƏT: Kredit tarixçənizi bu cür yaxşılaşdıra bilərsinizbackend

DİQQƏT: Kredit tarixçənizi bu cür yaxşılaşdıra bilərsiniz

Kredit tarixçəsini yaxşılaşdırmaq üçün əsas şərt götürülən kreditlərin vaxtında və tam ödənilməsidir.

Bu barədə KONKRET.az-a açıqlamasında iqtisadçı ekspert Əkrəm Həsənov məlumat verib.

Əkrəm Həsənov: “Bir də xəbər tutdum ki, Naxçıvan Mərkəzi Bankın oradakı  ərazi idarəsi üçün xüsusi status tələb edir” Pravda.az

Ekspert bildirib ki, əvvəllər kredit borcunu gecikdirən şəxslərin yenidən kredit əldə etmək imkanı çətinləşir:

“Kimsə vaxtilə kreditində gecikmə edib deyə, bu, o demək deyil ki, ona daha heç yerdə kredit verməyəcəklər. Ancaq bank və ya bank olmayan kredit təşkilatları buna ehtiyatla yanaşacaq. Bu halda isə bir neçə yol var.”

Əkrəm Həsənovun sözlərinə görə, kredit tarixçəsini düzəltmək üçün vətəndaşlar əvvəlcə az məbləğli kreditlər götürə və onları vaxtında qaytara bilərlər. Bundan başqa, yaxşı kredit tarixçəsi və yüksək maaşı olan bir zamin tapmaq kredit almağı asanlaşdırır.

“Yaxşı zamin və ya dəyəri yüksək olan girov qoyulması – məsələn, qızıl-zinət əşyaları, ev, avtomobil bankın riski minimuma endirir və bu zaman kredit tarixçəsi o qədər də böyük əhəmiyyət daşımır. Bu yolla bir-iki dəfə kredit götürüb vaxtında qaytarmaqla tarixçəni yaxşılaşdırmaq mümkündür. Növbəti kredit müraciətlərində banklar baxacaq ki, əvvəllər problemlər olub, amma sonradan məsuliyyətlə yanaşılıb,” – deyə ekspert əlavə edib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*