Direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılırbackend

Direktorun müəllimi təhqir etməsi ilə bağlı məsələ araşdırılır

Göygöl rayonunda fəaliyyət göstərən Kəlbəcər rayon 111 nömrəli tam orta məktəbin direktoru Vəfa Əmraslanovanın Ramiz adlı müəllimi təhqir etməsi ilə bağlı araşdırma başlanılıb.

KONKRET.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Kəlbəcər rayon Təhsil Şöbəsinin müdiri Namiq Rəcəbov məlumat verib.

“Hadisə barədə günorta saatlarından məlumatım var. Nəzərinizə çatdırım ki, həftənin 6-cı günü bizdə istirahət günüdür. Məktəblər və idarə 5 günlük rejimdə çalışır. Məsələ nəzarətimizdədir. Birinci gün araşdırma aparılacaq və fakt təsdiqini taparsa, o zaman lazımı tədbirlər görüləcək, məsələyə hüquqi qiymət veriləcək”, – deyə Rəcəbov bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*