Azərbaycan Dövlət Simfonik Orkestrinin baş dirijoru, professor Rauf Abdullayev Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib.
Bu barədə KONKRET.az-a Bakı Sağlamlıq Mərkəzindən məlumat verilib.
Rauf Abdullayev halsızlıq, yüksək şəkər və sağ bud çanaq nahiyəsində ağrı şikayətlərilə klinikaya daxil olub.
Müvafiq klinik, laborator, instrumental müayinələr olunduqdan sonra travmatoloq, fizioterapevt konsultasiyaları olundu və müvafiq müalicə təyin edilib.
Stasionar şəraitdə müalicəsi aparılan Rauf Abdullayevin hazırda vəziyyəti yaxşıdır və yaxın günlərdə evə buraxılacaq.
Qeyd edək ki, Rauf Abdullayevin 88 yaşı var.
