Doğum üçün maddi yardımlar artırılır – Şərtlər açıqlandıbackend

Doğum üçün maddi yardımlar artırılır – Şərtlər açıqlandı

Dünyaya uşaq gətirənlərə maddi yardımların artırılması nəzərdə tutulub. 

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki, Türkiyə hökuməti 1 yanvar 2025-ci ildən etibarən doğum yardımlarını artırmaq üçün yeni tədbirlər həyata keçirib. Bu dəyişikliklərə əsasən, ilk uşaq üçün bir dəfəlik ödəniş 5.000 TL-ə yüksəldilib. İkinci uşaq üçün hər ay 1.500 TL, üçüncü və sonrakı uşaqlar üçün isə hər ay 5.000 TL yardım veriləcək. Bu yardımlar heç bir əlavə şərt olmadan, hər ay anaların hesablarına köçürüləcək.

Doğum yardımı almaq üçün müraciətlər, Ailə və Sosial Xidmətlər Nazirliyi, e-Devlet sistemi və ya Sosial Yardımlaşma və Dayanışma Vəqfləri vasitəsilə həyata keçirilə bilər. Müraciət üçün Türkiyə Cümhuriyyəti vətəndaşı olmaq və doğumun 1 yanvar 2025-ci il tarixindən sonra baş vermiş olması tələb olunur.

Hökumət bununla yanaşı, doğum iznlərinin artırılması, elastik və uzaqdan işləmə imkanlarının genişləndirilməsi kimi məsələləri də gündəmə gətirib. Bu tədbirlər, çalışan valideynlərə daha çox dəstək vermək məqsədi daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*