Doğuşdan sonra tənha həyat və afrikalı qızların çətin imtahanıbackend

Doğuşdan sonra tənha həyat və afrikalı qızların çətin imtahanı

Dünyanın ən ekzotik məkanlarından hesab edilən Afrika haqqında nə bilirik? Əslində “qara qitə” barədə  çox deyilib, çox yazılıb. Afrikada müxtəlif miflərin mövcudluğu barədə də xəbərimiz var. Bu qitədə tədqiq edilməmiş çoxlu məkanlarla yanaşı, yaşam tərzləri, qeyri-adi görünən xeyli sayda qəbilələr mövcuddur. 

“Qaynar qitə” sakinləri əsrlər boyu öz orijinallığını qoruyub saxlayır, qəbilələr isə  qeyri-adi şəraitdə özlərini kifayət qədər rahat hiss edirlər.

İndi isə KONKRET.azın afrikalıların adət-ənənələri və gündəlik vərdişlərinə həsr etdiyi materalı təqdim edirik.

Doğuşdan sonra tənha həyat

Afrika qəbilələrinin əksəriyyətində ana olmağa hazırlaşan qadını kəndin kənarına köçürürlər. Ənənyə görə doğuşdan sonra qadın murdar sayılır. Tənha qadın qəbilənin yeni üzvünü dünyaya gətirir. Bir müddət körpə ilə kəndin kənarındakı daxmada qalır. Qadın oğlan doğsa 40, qız doğsa 80 gün evə gedə bilməz. Doğuşdan sonrakı dövr “murdar” dövr sayılır. Bu müddətdə kişi ilə yaxınlıq qadağa edilib. Buna görə də qadının tək yaşaması məqbul sayılır. Yeri gəlmişkən, belə bir ənənə hətta orta əsrlər Avropasında da mövcud olub. Düzdür, avropalılar qadını şəhər kənarına köçürmürdülər.

O, sadəcə tənha  otaqda yaşayırdı. O zaman bu ənənə qadını  intim əlaqədən qorumaq üçün idi.  Amma Afrika qəbilələrində qadınların bu səbəbdən təcrid edilməsi inandırıcı deyil.

Erkən cinsi təhsil

Bəzi Afrika qəbilələrində qızlara intim münasibətlər çox erkən öyrədilir. Oğlanlara heyvanları ovlamaq öyrədildiyi kimi, qızlara da oğlanları gələcəkdə sakitləşdirmələri barədə “dərs keçilir”.

Malaviyada bu vəzifə qızlara  rəqs vasitəsilə  öyrədilir. Yeniyetmə qızlarla  xüsusi adamlar məşğul olur. Zambiyada xüsusi təcrübələr zamanı qızlar bu məqsədlər üçün xüsusi təlim keçmiş kişilərlə intim əlaqəyə girirlər. Bu cür rituallar vasitəsilə qızlar özlərini oturuşmuş qadın kimi hiss edir. Ceva  xalqının qadınları  gələcək həyat yoldaşlarını ailə həyatına hərtərəfli hazırlayır. Hər qız üç ay müddətində təlim keçir. Bu müddət ərzində ev işlərini,  həm də ərini razı salmağı öyrənir. Təlimdən sonra qızları ağır  imtahan gözləyir. İmtahandan keçə bilməyən qızlar “təhsillərini” yenidən davam etdirirlər.

Uşaqların və valideynlərin yuxusu

Afrika qəbilələrində uşaq böyütmək böyük “elmdir” və qəbilələrin  bu məsələyə özünəməxsus yanaşmaları  var.

Bəzi qəbilələrdə uşaq həddi-buluğa çatana qədər  valideynləri ilə yatır. Digərlərində bu ənənənə evlənənə qədərdir. Afrika tayfalarının əksəyyəti qızlara xüsusi münasibət göstərir. Məsələn, Hamer qəbiləsi qızların qonaq olduğuna inanır. Buna görə də, onlar ailəyə elə də qayğı göstərmirlər. Dasseneh qəbiləsinin  qızları doğulan kimi analarından ayrılırlar. Buna görə də ana və qızı nadir hallarda ünsiyyət qurur. Qızın tərbiyəsi ilə ata məşğul olur. Bu çətin işdə ona ən yaxın qohumları kömək edir.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*