“Doktor” və daha iki narkotacir tutuldubackend

“Doktor” və daha iki narkotacir tutuldu

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində əvvəllər məhkum olunmuş “Doktor” ləqəbli narkotik alverçisi Vüqar Həmzəyev şəhər ərazisində tutulub.

KONKRET.az bildirir ki, onun üzərinə keçirilən baxış zamanı 14 qrama yaxın metamfetamin (“patı”) və 5 qram heroin aşkar edilib. Saxlanılan şəxs izahatında narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olduğunu etiraf edib.

Daha bir əməliyyat zamanı əvvəllər məhkum olunmuş Rauf Mehdiyev və Rüstəm İsgəndərov polis əməkdaşları tərəfindən saxlanılıb. R.Mehdiyevin üzərindən heroin, R.İsgəndərovdan isə 123 qram heroin və 112 qram metamfetamin götürülüb.

Faktlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırmalar aparılır. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*