backend

Doktoranturalar yaradılan təşkilatların siyahısında dəyişiklik edildi

“Doktoranturalar yaradılan Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin, elmi müəssisə və təşkilatların Siyahısı”nda dəyişiklik edilib.

KONKRET.az xəbər verir ki, bu barədə Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Qərara əsasən, “Biologiya və Tibb elmləri bölməsi”nin 7-ci hissəsinin 4-cü sütununa “elmlər doktoru üzrə” sözləri əlavə edilib.

“İctimai elmlər bölməsi” üzrə 2.1. 2-ci hissədə “Arxeologiya və Etnoqrafiya İnstitutu” sözləri “Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutu” sözləri ilə əvəz edilib.

2.2. 3-cü hissədə “Fəlsəfə İnstitutu” sözləri “Fəlsəfə və Sosiologiya İnstitutu” sözləri ilə əvəz edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*