ABŞ Prezidenti Donald Tramp NATO ilə münasibətlərdə problemlərin əsas səbəblərindən biri kimi Qrenlandiya məsələsini göstərib.
KONKRET.az xəbər verir ki, Tramp Ağ Evdə jurnalistlərə açıqlama verib. Tramp bildirib ki, fikir ayrılıqları məhz Qrenlandiya ilə bağlı başlayıb:
“Hər şey Qrenlandiyadan başladı. Biz Qrenlandiyanı istəyirik, amma onlar bizə vermək istəmirlər. Mən də dedim: ‘Sağ olun!’”.
ABŞ lideri, həmçinin NATO ölkələrinin İranla mümkün münaqişədə Vaşinqtona dəstək verməməsindən ciddi narazı qaldığını vurğulayıb. Onun sözlərinə görə, bu məsələ yaddaşından silinməyəcək:
“Onlar əvvəl deyirdilər ki, bunu edəcəyik, onu edəcəyik, amma əslində bizə kömək etməmək üçün əllərindən gələni etdilər”.
Tramp NATO-nu bir daha “kağız pələng” adlandırıb və əlavə edib ki, məsələ təkcə alyansla məhdudlaşmır. O, qeyd edib ki, Cənubi Koreya,Yaponiya və Avstraliya da ABŞ-ın İranla müharibəsində iştirakdan imtina ediblər.
Prezident bildirib ki, ABŞ bu ölkələrin təhlükəsizliyi üçün böyük hərbi kontingent saxlayır:
“Yaponiyada 50 min, Cənubi Koreyada isə 45 min əsgərimiz var ki, onları Kim Jong-un kimi təhdidlərdən qoruyaq”.
Trampın bu açıqlamaları ABŞ ilə müttəfiqləri arasında münasibətlərin gələcək perspektivləri ilə bağlı suallar doğurur.
Müşviq Tofiqoğlu
KONKRET.az
