Əsgərliyə getməyənlərlə bağlı ən çox verilən sual – cavab açıqlandıbackend

Əsgərliyə getməyənlərlə bağlı ən çox verilən sual – cavab açıqlandı

Azərbaycanda hərbi xidmətə yararlılıq məsələsi tez-tez cəmiyyətdə müzakirə mövzusuna çevrilir. Xüsusilə, sağlamlıq səbəbilə hərbi xidmətə çağırılmayan şəxslərin hüquqi statusu və onların əlillik alıb-almaması ilə bağlı suallar aktuallığını qoruyur.

Bəs hərbi xidmətə aparılmayan şəxslərə avtomatik olaraq əlillik təyin edilə bilərmi?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən hüquqşünas Mehman Muradlı bildirib ki, hərbi xidmətə yararlılıq məsələsi ilə əlilliyin təyin olunması eyni hüquqi çərçivəyə daxil deyil. Onun sözlərinə görə, bəzi xəstəliklər mövcuddur ki, həmin şəxslər bu səbəbdən hərbi xidmətə çağırılmır, lakin bu, onların əlil hesab olunması üçün əsas vermir:

Vəkil Mehman Muradlı: “Elektron siqaretlər və onların komponentləri üzrə  qara bazarın inkişafı gözlənilmir”

“Bəzi xəstəliklər var ki, onlar əlillik dərəcəsinə aid edilmir. Lakin həmin şəxslər hərbi xidmətə də çağırılmır. Bu isə o demək deyil ki, həmin şəxs mütləq əlil hesab olunmalıdır. Hər iki məsələnin meyarları tamamilə fərqlidir”.

Hüquqşünas vurğulayıb ki, əlillik statusunun verilməsi üçün ayrıca tibbi-sosial ekspertiza aparılır. Bu zaman şəxsin sağlamlıq vəziyyəti, əmək qabiliyyəti və gündəlik həyat fəaliyyətinə təsir edən amillər nəzərə alınır:

“Əgər şəxsin həqiqətən əlilliyi varsa, o, müvafiq qaydada müraciət edərək əlillik statusu ala bilər. Lakin bu prosesin hərbi xidmət məsələsi ilə birbaşa əlaqəsi yoxdur”.

Beləliklə, hərbi xidmətə aparılmamaq avtomatik olaraq əlillik hüququ yaratmır və hər bir hal ayrıca qaydada qiymətləndirilir.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*