Diqqət! Artıq ödənilən əməkhaqqı ilə bağlı qaydalarbackend

Diqqət! Artıq ödənilən əməkhaqqı ilə bağlı qaydalar

Azərbaycanda əmək münasibətləri çərçivəsində işçi və işəgötürən arasında yaranan maliyyə məsələləri bəzən mübahisəli situasiyalara səbəb olur. Xüsusilə əməkhaqqının düzgün hesablanmaması və işçiyə artıq məbləğin ödənilməsi hallarında tərəflərin hüquq və vəzifələrinin necə tənzimləndiyi aktual mövzulardan biridir.

Bəs işçiyə artıq ödənilmiş əməkhaqqının sonradan geri tutulması qanunvericiliyə əsasən mümkündürmü?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin Hüquq Departamentinin müdiri, vəkil Fuad Məmmədov bildirib ki, qanunvericiliyə əsasən işçiyə artıq ödənilmiş əməkhaqqının sonradan tutulması hər zaman mümkün deyil.

Barassociation.az - Axtarışın nəticəsi

Onun sözlərinə görə, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən, riyazi hesab səhvləri nəticəsində artıq ödənilmiş məbləğ yalnız ödənişin verildiyi gündən etibarən 1 ay müddətində işçidən geri tələb oluna bilər. Bu müddət keçdikdən sonra həmin vəsaitin tutulması qanunsuz hesab olunur.

Vəkil qeyd edib ki, əgər işəgötürən 1 aylıq müddət başa çatdıqdan sonra işçinin əməkhaqqından hər hansı məbləği tutarsa, işçi bu haldan şikayət etmək hüququna malikdir. Belə hallarda vətəndaşlar Azərbaycan Respublikasının Dövlət Əmək Müfəttişliyi Xidmətinə və ya məhkəməyə müraciət edə bilərlər.

Mütəxəssis vurğulayıb ki, bu kimi hallarda həm işəgötürənlərin, həm də işçilərin qanunvericiliyin tələblərini dəqiq bilməsi və onlara riayət etməsi mümkün hüquqi mübahisələrin qarşısının alınmasında mühüm rol oynayır.

Aynurə İsmayıl
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*