Donald Tramp: Ukraynanın qalib gəlmək şansı yoxdurbackend

Donald Tramp: Ukraynanın qalib gəlmək şansı yoxdur

ABŞ prezidenti Donald Tramp bildirib ki, Ukrayna Rusiyaya qarşı müharibədə qalib gələ bilməzdi.

KONKRET.az xəbər verir ki, ABŞ lideri bu sözləri sosial şəbəkə hesabında paylaşıb.

O, bildirib ki, keçmiş prezident Co Bayden Kiyevə yalnız müdafiə olunmağa icazə vermişdi, hücum əməliyyatlarını isə yasaqlamışdı.

“Çox çətindir, demək olar ki, mümkün deyil, aqressor ölkəyə hücum etmədən müharibədə qalib gəlmək. Bayden Ukraynaya döyüşməyə deyil, yalnız müdafiə olunmağa icazə verdi. Nəticə isə göz qabağındadır. Amma bu müharibə heç vaxt baş verməzdi, əgər mən prezident olsaydım – sıfır şans,” – deyə Tramp yazıb.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*