Dönərdən zəhərlənənlərin 15-i UŞAQDIRbackend

Dönərdən zəhərlənənlərin 15-i UŞAQDIR

Zaqatalada zəhərlənən şəxslərdən 16-sı artıq evə buraxılıb.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB-dən bildirilib.

“Mayın 7-si saat 17:40-dan başlayaraq zəhərlənmə şübhəsilə 34 nəfər (21 qadın cinsli, 13 kişi cinsli olmaqla) Zaqatala Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə daxil olub. Onlardan 15-i uşaqdır.

Hər birinə zəruri tibbi xidmət göstərilib, 16 nəfər artıq evə buraxılıb.

Digərlərinin vəziyyəti stabil olaraq qiymətləndirilir və gün ərzində evə buraxılmaları nəzərdə tutulur”, – açıqlamada deyilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*