“Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumu təsdiq edildibackend

“Dostluq” yatağı ilə bağlı Anlaşma Memorandumu təsdiq edildi

Milli Məclisin fevralın 23-də keçirilən plenar iclasında “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında Xəzər dənizində “Dostluq” yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənməsi və mənimsənilməsi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə” qanun layihəsi müzakirəyə çıxarılıb.

KONKRET.az xəbər verir ki, müzakirələrdə deputatlar sənədin əhəmiyyətindən bəhs edib, Anlaşma Memorandumunun iki ölkə arasında əməkdaşlığın inkişafına töhfə verəcəyini vurğulayıblar.

Müzakirələrdən sonra sənəd səsvermə yolu ilə təsdiqlənib.

Qeyd edək ki, bu sənəd cari il yanvarın 21-də imzalanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*