Rusiya Dövlət Duması “Vaqner” özəl hərbi şirkətini məhbusları işə götürmək imkanından məhrum edib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə parlamentin aşağı palatasının qanunvericilik və dövlət quruculuğu komitəsinin sədri Pavel Kraşeninnikov bildirib.
O izah edib ki, bundan sonra məhkumlar yalnız Rusiya Müdafiə Nazirliyi ilə müqavilə bağlaya biləcəklər.
“Vaqner” cəza çəkənləri götürüb onlarla müqavilə bağlaya bilirdi. İndi qanunla fərqli prosedur qəbul edilib, müqavilələr yalnız Müdafiə Nazirliyi ilə bağlanır”, – deyə deputat bildirib.
Kraşeninnikov məhbusların əvvəllər təşkilata necə daxil olduğunu açıqlamayıb.
İqbal Rzayev,
KONKRET.az