Dövlət Dumasına dörd partiya keçdi – “Exit poll”un MƏLUMATLARIbackend

Dövlət Dumasına dörd partiya keçdi - "Exit poll"un MƏLUMATLARI

Rusiya Dövlət Dumasına dörd partiya keçir: Vahid Rusiya (45,2% ilə birinci yer), Rusiya Federasiyası Kommunist Partiyası (21%), LDPR (8,7%), Ədalətli Rusiya (7,9%).

KONKRET.az xəbər verir ki, bu haqda informasiyanı “RİA Novosti” agentliyi “INSOMAR” ekzit polunun nəticələrinə əsasən yayıb.

Respondentlərə “Dövlət Dumasına seçkilərdə hansı partiyaya səs vermisiniz?” sualı verilib.

Sorğu elektron anketlərdən istifadə edərək planşetlərdə aparılıb, məlumatlar real vaxtda yerləşdirilib.

Məlumatların təmsil olunmasını təmin etmək üçün 825 yaşayış məntəqəsində 1455 seçki məntəqəsi seçilib.

Sorğu hər üç seçki günü ərzində yerli vaxtla 8.00-dan 20.00-dək seçicilərin seçki məntəqələrindən çıxması ilə həyata keçirilib. Sentyabrın 17-dən 19-dək keçirilən sorğuda ümumilikdə 438 218 nəfər iştirak edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*