Vətəndaşların əmək hüquqlarının işəgötürən tərəfindən pozulması halları artıb. Heç bir əsas olmadan əmək müqaviləsinə xitam verilməsi ilə qarşılaşan işçilərin sayı kifayət qədərdir. Onların arasında xanım işçilərin isə xüsusi çəkisi var.
Nadirən olsa da, hamilə və 3 yaşına qədər uşağı olan qadınların əmək müqavilələrinə xitam verilir.
Maraqlıdır, bu halla qarşılaşan vətəndaş nə etməlidir?
Mövzu ilə bağlı KONKRET.az-a danışan hüquqşünas Sahib Məmmədov bildirib ki, həmin şəxslər Dövlət Əmək Müfəttişliyinə şikayət edərək işlərinə bərpa oluna bilərlər:
“Əmək Məcəlləsinin 79.1 maddəsinə görə, hamilə və 3 yaşına qədər uşağı olan qadınların əmək müqaviləsinə xitam verilməsi qadağandır. Bu hal yalnız müəssisənin ləğvi zamanı baş tuta bilər. Ona görə də bu kimi hallarla qarşılaşanlar Dövlət Əmək Müfəttişliyinə şikayət etsinlər. Eyni zamanda Mediasiya Şurasına müraciət edərək məsələnin məhkəmə qaydasında həlli də istənilə bilər”.
Aygün Mirakif,
KONKRET.az
Əla. Amma kim şikayət edəcək? Bəlkə bu qayda üzrə hüquqlarını bilən insanların sayəsində şirkətlər, marketlər və kafe restaranlar kişi işçi götürməyə can atarlar. Çünki heç birinə sərf etməz ki, işçi evdə otursun onlar da maaş versinlər.
Məndə dosd mmcde isləyirdim əsassiz səkildə xitam veriblər muqaviləyə ozudə xəbərim olmadan avqusdun 12 də xitam verilib avqusduun 28 də mənə məktub gəlibki səni isdən cxariblar bu hansi halda duzgun ola bilər
Əmək müfəttişliyində işləyənlər öz vəzifə borclarını bilmirlər, ona görə də əmək müqaviləsi qərəzli şəkildə pozulmuş işçinin hüquqlarını bərpa etmək əvəzinə, ona məhkəməyə müraciət etməyi məsləhət görürlər.Onda görəsən Əmək Müfətdişliyinin normativ-hüquqi sənədləri kimin üçündür?!
Əmək hüququnun, eləcə də əmək müqaviləsinin əsasssız şəkildə pozulmasının araşdırılması və cavabdehin cəzalandırılmas və hüquqların bərpası birbaşa bu müfəttişliyin vəzifə borcudur.Ancaq nədənsə, bu müfəttişlik əmək hüquqlqrı pozulmuş vətəndaşın yox, qanunları pozan, ədalətsiz işəgötürənə dəstək verir.