BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin şəriki və dostu Oqtay Abuzərovun Dövlət Gömrük Komitəsində işləyən oğlu 20 yaşlı Xalid Oqtay oğlu Abuzərli dəbdəbəli həyatı ilə gündəmə gəlib.
KONKRET.az xəbər verir ki, DGK-nin 20 yaşlı əməkdaşı özünün təm-təraqlı həyat tərzini də sosial şəbəkələrdə nümayiş etdirir. Dünyanın müxtəlif ölkələrindən rəngarəng fotolar paylaşan X.Abuzərlinin bahalı avtomobil kolleksiyası da göz oxşayır.
X.Abuzərli müxətlif markalı bahalı maşınlarının üzərində “90 LJ 900” dövlət nömrə nişanından istifadə edir. X.Abuzərliyə məxsus olan son model “Mercedes”, “Audi Q7”, “Toyota Camry” markalı maşınların hamısının üzərinə 90 LJ 900 dövlət nömrə nişanı vurulub. Bütün bunlar isə qanuna ziddir.
Onu da bildirək ki, X.Abuzərli Londonda təhsil alıb.
Deputatın şərikinin oğlunun fotolarını təqdim edirik:
Qeyd edək ki, mətbuatda gedən məlumatlara görə,BAXCP sədri, deputat Qüdrət Həsənquliyevin ölkənin dörd bir yanını əhatə edən biznes imperiyasının böyük bir hissəsini Oqtay Abuzərov adlı şəxs idarə edir. Əslən Salyan rayonundan olan Oqtay Abuzərov vaxtilə ən radikal cəbhəçilərdən biri olub.32gun.az
“Qarabağ müharibəsində iştirak etdikdən sonra həm işə götürüblər, həm də xüsusi imtiyazlar veriblər”
Qarabağ müharibəsində bizim uşaqlarda iştirak etdi 3 dene de medali var DGK müraciet etdi iş üçün cvb gəldi ki imtahani gözlə. Üstelik broker imtahanindan en yuksek balla keçmişdi noldu onu işə götüren olmadi bunu götürdüler😂