Dövlət hesabına xaricdə təhsil proqramı bu illəri ƏHATƏ EDƏCƏKbackend

Dövlət hesabına xaricdə təhsil proqramı bu illəri ƏHATƏ EDƏCƏK

“Azərbaycan gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində təhsil imkanlarının genişləndirilməsi haqqında” Prezident İlham Əliyevin 2021-ci il 30 sentyabr tarixli Sərəncamı üzrə “2022-2026-cı illər üçün gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair Dövlət Proqramı” layihəsi hazırlanıb”.

KONKRET.az bildirir ki, bu barədə Modern.az-a Təhsil Nazirliyindən məlumat verilib.

Qeyd edilib ki, layihə aidiyyəti üzrə təqdim olunub.

Proqram layihəsi təsdiq edildikdən sonra müvafiq tədbirlər planına uyğun olaraq ictimaiyyətə təfərrüatlı məlumat veriləcək.

Nazirlikdən o da bildirilib ki, xaricdə təhsil proqramının 2022-2023-cü tədris ilindən etibarən tətbiq edilməsi gözlənilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*