Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundubackend

Dövlət İdarəçilik Akademiyasına yeni dekan təyin olundu

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının (ARPDİA) “Siyasi idarəetmə” fakültəsinə yeni dekan təyin olunub.

KONKRET.az Report-a istinadən xəbər verir ki, fakültəyə dosent Murtəza Həsənov rəhbərlik edəcək.

Qeyd edək ki, M.Həsənov Biləsuvar rayonunda anadan olub. O, Türkiyənin Qazi Universitetinin “İqtisadi və idarəetmə elmləri” fakültəsinin, eyni zamanda həmin ali təhsil ocağının magistr pilləsi üzrə “Dövlət idarəçiliyi və siyasi elmlər” proqramının məzunudur.

M.Həsənov həmçinin Qazi Universitetində doktorantura pilləsində təhsil alarkən müəllim kimi də işləyib. Daha sonra tədris fəaliyyətini Dövlət İdarəçilik Akademiyasında davam etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*