Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcəkbackend

Dövlət qulluğuna qəbul üçün imtahan keçiriləcək

Dövlət İmtahan Mərkəzi iyunun  18-d’ dövlət qulluğu vəzifələrinin B növünə aid olan BA və BB altqruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

KONKRET.az xəbər verir ki, imtahanda iştirak etmək üçün qeydiyyat  18 may saat 14:00-dan 6 iyun saat 11:00-dək aparılacaq.

İmtahan Bakı şəhərində keçiriləcək və namizədlər üçün 3000 yer ayrılıb.

İmtahan yeri (binası) barədə məlumat imtahandan 5 gün əvvəl Mərkəzin saytına yerləşdiriləcək “İmtahana buraxılış vərəqəsi”ndə qeyd olunacaq.

İmtahanda iştirak etmək istəyən namizədlər DİM-in portalında “Şəxsi kabinet”lərini (şəxsi kabineti olmayanlar) yaratmalıdırlar. Kabinet yaradılan zaman pul hesabı açılır. İmtahanlarda iştirak üçün ödəniş tarifləri ilə buradan tanış ola bilərsiniz. “Şəxsi kabinet”də olan pul hesabına vəsait daxil etmək üçün müxtəlif ödəniş üsullarından (ətraflı məlumat www.payment.dim.gov.az saytında verilmişdir) istifadə etmək olar. “Şəxsi kabinet” yaradıldıqdan və hesaba lazımi vəsait daxil edildikdən sonra imtahanlarda iştirak etmək üçün DİM-in internet portalında “Dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak etmək üçün onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçmək lazımdır. Qeydiyyatdan keçən və imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılımır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*