“Dövlət sərhədlərinin toxunulmazlığı təhlükə altındadır”backend

“Dövlət sərhədlərinin toxunulmazlığı təhlükə altındadır”

“44 günlük müharibənin nəticələri təkcə Qarabağ ermənilərini təhlükə qarşısında qoymadı. Həm də Ermənistanın suverenliyini pozdu, dövlət təhlükəsizliyinə böyük təhdid yaratdı”.

KONKRET.az xəbər verir ki, bu fikirləri 2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra “Mənim addımım” fraksiyasının deputatı olmuş Qor Gevorqyan bildirib.

O vurğulayıb ki, “Ermənistanın üzləşdiyi ən ciddi çağırışlar və Qarabağ ətrafında yaranmış ağır vəziyyət 2020-ci ilə bağlıdır. 9 noyabr tarixli məşhur üçtərəfli bəyanatdan sonra baş verən hadisələr Ermənistanın dövlət sərhədlərinin toxunulmazlığına da təhlükə yaradıb”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*