Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandıbackend

Dövlət xətti ilə kirayə verilən mənzillərin sayı açıqlandı

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən verilmiş ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

KONKRET.az xəbər verir ki, 2021-ci ilin əvvəlindən bu günə qədər fond tərəfindən 4 766 borcalana 316 163 700 manat civarında ipoteka krediti verilib.

Ümumilikdə isə bu günə qədər fond 36 228 borcalana 1 956 274 726 manat məbləğində ipoteka krediti verib.

Vətəndaşlar 2020-ci ilin mart ayından etibarən yaşayış sahələrinin satmaq öhdəliyi ilə kirayəyə verilməsi mexanizmi üzrə müraciət etməyə başlayıb və bu günə qədər ümumi 1 150 mənzil satmaq öhdəliyi ilə kirayəçilərin istifadəsinə verilib.

Təkcə 2021-ci ilə nəzər saldıqda isə ilin əvvəlindən bu günə qədər dövlət xətti ilə kirayəçilərə satmaq öhdəliyi ilə 737 mənzil təqdim edilib.

Fondun məlumatında qeyd edilib ki, zəmanət və subsidiya mexanizmi ilə 234 198 000 manat məbləğində kredit maliyyələşdirilib./oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*