“Döyüş əməliyyatlarının bərpası ehtimalı kəskin artıb”.
KONKRET.az xəbər verir ki, bunu bu gün parlamentin növbədənkənar iclasında “Şərəfim var” fraksiyasının katibi Tiqran Abramyan deyib.
O deyib ki, son günlər hərbi əməliyyatların bərpası ehtimalı artıb.
“Son bir ay ərzində Azərbaycanın aktiv informasiya, təbliğat, diplomatik və hərbi hazırlıqları hərbi əməliyyatların bərpasına çox bənzəyir.
Hərbi əməliyyatların bərpası ehtimalı kəskin şəkildə artıb. Bu vəziyyətdə anlamaq çox vacibdir: dövlət nə edir, hakimiyyət hücumu dayandırmaq üçün və ya döyüşlərin bərpası halında Azərbaycan Ordusunun qarşısına çıxmaq üçün nə edir”, – Abramyan deyib.
Xuraman Etibarlı,
KONKRET.az