Döyüş silahını polisə könüllü təhvil verdibackend

Döyüş silahını polisə könüllü təhvil verdi

Goranboyda döyüş silahı könüllü polisə təhvil verilib.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan KONKRET.az-a verilən məlumata görə, profilaktik tədbirlərin nəticəsi olaraq Goranboy sakini olan bir nəfər Rayon Polis Şöbəsinə müraciət edərək əkin sahəsində tapdığı “AKSU” markalı avtomat silahı könüllü polisə təhvil verib.

Vətəndaşa bu addımına görə təşəkkür edilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*