Döyüşlərdə nə qədər İsrail hərbçisi zərər görüb? – RƏQƏMLƏRbackend

Döyüşlərdə nə qədər İsrail hərbçisi zərər görüb? - RƏQƏMLƏR

Livanın cənubunda aparılan əməliyyatlar zamanı dörd israilli hərbçi xəsarət alıb.

KONKRET.az xəbər verir ki, Jerusalem Post nəşrinin məlumatına görə, bundan əlavə, bölmənin yaxınlığına pilotsuz uçuş aparatının düşməsi nəticəsində daha bir hərbçi yüngül yaralanıb.

Həmçinin İsrailin şimalında baş verən qəza nəticəsində iki hərbçi xəsarət alıb.

Yaralıların hamısı tibbi yardım göstərilməsi üçün xəstəxanalara çatdırılıb.

Məlumata görə, “Hizbullah”a qarşı quru əməliyyatlarının başlanmasından bu yana İsrail ordusunda ümumi itkilərin sayı 48 nəfərə çatıb.

Müşviq Tofiqoğlu
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*