Drezden muzeyindən oğurlanan brilyantların bir qismi tapıldıbackend

Drezden muzeyindən oğurlanan brilyantların bir qismi tapıldı

Almaniyanın Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən 2019-cu ildə oğurlanan brilyantların bir qismi tapılıb.

KONKRET.az-ın “Spiegel”ə istinadla xəbərinə görə, polis oğurluqda şübhəli bilinən 6 nəfəri saxlayıb. Onların evlərindən 31 ədəd brilyantlarla bəzədilmiş muzey eksponatı müsadirə edilib. Şübhəlilər muzeyə şüşəni sındıraraq girdiklərini etiraf ediblər.

Qeyd edək ki, 2019-cu ildə Drezden şəhərindəki Mavi Qübbə Muzeyindən (Grünes Gewölbe) 4300 ədəd brilyantla bəzədilmiş 21 nadir eksponat oğurlanıb. Oğurlanan inventarın dəyəri təxminən 114 milyon avrodur. Nadir eksponatların əksər hissəsi tapılmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*