Azərbaycanda bu il sosial müavinət təyin olunan şəxslərin sayı açıqlanıb.
Dövlət Sosial Müdafiə Fondundan KONKRET.az-a bildirilib ki, 2026-cı ilin yanvar ayında 15 482 nəfər şəxsə proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Bunun 63%-ni kişilər, 37%-ni isə qadınlar təşkil edib.
