Dubay hava limanında onlarla uçuş təxirə salınıbbackend

Dubay hava limanında onlarla uçuş təxirə salınıb 

Birləşmiş Ərəb Əmirlikləri güclü siklonun təsiri altına düşüb. Daşqın nəticəsində, Dubay Beynəlxalq Hava Limanında onlarla uçuş təxirə salınıb.

KONKRET.az TREND-ə istinadən xəbər verir ki, şənbə günü səhərdən davam edən pis hava şəraiti, Dubay Beynəlxalq Hava Limanının əməliyyatlarına təsir göstərməyə davam edir. Gecikmiş reyslərin bütün gün müşahidə olunacağı ehtimal olunur. Bəzi reyslər ləğv edilib və ya Dubayın cənubundakı başqa hava limanına yönləndirilib.

BƏƏ-nin Milli Meteoroloji Mərkəzi, sakinlərə evlərini tərk etməmələrini və avtomobil sürməmələrini tövsiyə edib və güclü yağışların ən az şənbə gününün sonunadək yağacağını bildirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*