“Dünən online dərsdə iştirak edib” – Meyiti tapılan tələbə ilə bağlı açıqlamabackend

"Dünən online dərsdə iştirak edib" - Meyiti tapılan tələbə ilə bağlı açıqlama

Azərbaycan Texniki Universiteti (AzTU) Bakıda dəm qazından boğulan tələbə ilə bağlı məlumat yayıb.

Universitetdən KONKRET.az-a daxil olan məlumatda bildirilir ki, fevralın 23-də saat 14 radələrində Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi, 1-ci yaşayış massivinin 1-ci döngə ev 29 ünvanında yerləşən fərdi yaşayış evində meyiti aşkarlanan 5 nəfərdən biri, AzTU-nun İnformasiya və telekommunikasiya texnologiyaları fakültəsinin I kurs tələbəsi Əliyev Lətif Rəşad oğlu olub.

Baş Prokurorluğun məlumatında bildirilir ki, ilkin ehtimala görə hadisə dəm qazından zəhərlənmə səbəbindən baş verib.

Qeyd edək ki, Lətif Əliyev AzTU-nun nizam-intizamlı tələbələrindən olub, dərslərini yaxşı oxuyub. O, sonuncu dəfə ötən gün onlayn dərslərdə iştirak edib.

AzTU-nun rəhbərliyi və kollektivi Lətif Əliyevin vəfatından kədərləndiyini bildirir, ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*