Dünən Gəncədə bitişik evlərdə meydana gələn yanğından sonra bu gün həmin ərazidən yanmış kişi meyiti tapılıb.
KONKRET.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, meyitin evlərdən birində yaşayan Camal adlı şəxsə məxsus olduğu müəyyən edilib.
40 yaşlı kişinin içki aludəçisi olduğu deyilir.
