Azərbaycanda təhlükəli virusun yayıldığı təsdiqləndi – REKORD GÖSTƏRİCİbackend

Azərbaycanda təhlükəli virusun yayıldığı təsdiqləndi - REKORD GÖSTƏRİCİ

Bayramla əlaqədar tətil günlərində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi gücləndirilmiş iş rejimində fəaliyyət göstərib.

KONKRET.az xəbər verir ki, bu barədə TƏBİB məlumat yayıb.

Bildirilib ki, ölkə üzrə təcili tibbi yardım xidmətinə qeyri-iş günlərində (31.01.2025 – 04.01.2026-cı il tarixlərində) ümumilikdə, 27 779 çağırış daxil olub. Onlardan 14 449-u paytaxt Bakı, 13 330-u isə bölgələr üzrə qeydə alınıb.

Təcili tibbi yardım xidmətinə müraciət edənlərdən ümumilikdə 2 193 nəfər müxtəlif tibb müəssisələrinə hospitalizasiya olunub, digərlərinə isə yerində zəruri yardım göstərilib. Hospitalizasiya olunanlardan 1 077-si Bakı, 1 116-sı isə bölgələr üzrə olub.

Təcili və təxirəsalınmaz tibbi yardım xidmətinə ən çox çağırış 01.01.2025-ci il tarixində Bakı şəhəri üzrə qeydə alınıb. Qeyd olunan tarixdə müraciət sayı gün ərzində 3 101 təşkil edib ki, bu da son illərin müraciət sayı ilə müqayisədə rekord göstərici hesab olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*