“Əminəm ki, dövlət sisteminin yüzlərlə əməkdaşı dünən gecə yatmayıb. Paşinyanın dünənki mətbuat konfransından sonra dövlət idarəetmə sistemindən istefalar olmalı idi. Ən azından kimsə deməliydi ki, o, daxili faşizm və dövlət-milli parçalanma siyasətinin bir parçası olmağa razı deyil”.
KONKRET.az xəbər verir ki, bunu Ermənistanın “Alternativ layihələr qrupu”nun üzvü Vahe Hovhannisyan sosial şəbəkə hesabında yazıb.
O qeyd edib ki, hazırda istefalar yoxdur və olmayacaq.
“Amma bu o demək deyil ki, məmurların hamısı öz dövlətçiliyinə əhəmiyyət vermir. Orada kifayət qədər layiqli və peşəkar insanlar da var. Vəziyyəti düzgün başa düşmək lazımdır. İstefa verdikdən sonra 99% hara gedəcəyini, nəyə və kimə qoşulacağını bilmir. Əminəm ki, dövlət sisteminin yüzlərlə əməkdaşı, o cümlədən təhlükəsizlik işçiləri, xüsusi xidmət orqanlarının, XİN-in nümayəndələri Nikolun sözlərindən bu gecə yatmadılar, əziyyət çəkdilər, utandılar”, – deyə erməni ekspert bildirib.
Günel Mikayılova,
KONKRET.az