Dünya alimlərin bu kəşfindən danışır – 5 kilometr dərinlikdə metal düyünlər görün nəyə qadirdir?backend

Dünya alimlərin bu kəşfindən danışır - 5 kilometr dərinlikdə metal düyünlər görün nəyə qadirdir?

Okeanların dərinliklərindəki metal düyünlərin “qaranlıq oksigen” əmələ gətirdiyi aşkar edilib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, alimlər okeanların dərinliklərində tapılan metal düyünlərin tərkibindəki elementlərin təbii batareyalar kimi fəaliyyət göstərdiyini və “qaranlıq oksigen” istehsal etdiyini kəşf ediblər.

Günəş şüalarının çata bilmədiyi okean dibinin 5 kilometr dərinliyində, fotosintezin mümkün olmadığı yerlərdə yerləşən metal düyünlərinin elektroliz yolu ilə dəniz suyunu hidrogen və oksigenə ayırdığı müəyyən edilib.

İndiyə qədər canlıların tənəffüs etdiyi oksigenin yarısının dəniz bitkilərinin fotosintezi nəticəsində əmələ gəldiyi düşünülürdü, ancaq yeni kəşf edilən “qaranlıq oksigen” işığın çatmadığı okeanın dərinliklərində həyat haqqında ipucları verirdi.

Dəniz suyunda həll olunmuş metalların qabıq parçaları və ya digər dağıntılar üzərində toplanması nəticəsində milyonlarla il ərzində əmələ gələn bu düyünlərdə akkumulyator istehsalı üçün zəruri olan litium, kobalt və mis kimi metallar var. Bu səbəbdən dərin dəniz mədən şirkətləri onları çıxarmaq üçün layihələr hazırlayır.

Şotlandiya Dəniz Elmləri Assosiasiyasının baş tədqiqatçısı professor Andrev Sveetman və komandası Havayla Meksika arasındakı Klarion-Klipperton Zone adlanan metal düyünlərlə örtülmüş böyük bir ərazidə araşdırma aparıb.

“Batareyanı dəniz suyuna qoysanız, köpüklənməyə başlayır. Bunun səbəbi elektrik cərəyanının dəniz suyunu oksigen və hidrogenə (baloncuklar şəklində) ayırmasıdır.

Eyni proses planetlərdə və aylarda baş verə bilər.

Alimlər müəyyən ediblər ki, kartof böyüklüyündə metal düyünlər adi batareyaların yaratdığı gərginliyə yaxın elektrik enerjisi istehsal edir.

Tapıntı onu deməyə əsas verir ki, bu düyünlər dəniz suyu molekullarını parçalamaq üçün kifayət qədər böyük elektrik cərəyanları yarada bilər.

Tədqiqat həmçinin işıq və bioloji proseslər tələb etməyən oksigen istehsalının planetlərdə və onların peyklərində də baş verə biləcəyini və həyatın inkişaf edə biləcəyi oksigenlə zəngin mühitlər yarada biləcəyini də ortaya qoyub.

Metal düyünlərin çıxarılması dəniz həyatına zərər verə bilər

Klarion-Klipperton bölgəsi dərin dəniz mədən şirkətlərinin diqqət mərkəzindədir. Çünki metal düyünlər batareyaların istehsalı üçün lazım olan elementləri özündə ehtiva edir.

Alimlər xəbərdarlıq edir ki, dənizin dibindən metal düyünlərin çıxarılması yeni kəşf edilmiş oksigen istehsal prosesini pozacaq və oksigendən asılı olan dəniz canlılarına zərər verəcək.

Tədqiqat “Nature Geoscience” jurnalında dərc olunub.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*