Dünya çempionumuz erməni güləşçini məğlub etdi: 9:0 backend

Dünya çempionumuz erməni güləşçini məğlub etdi: 9:0 

Güləş üzrə Fərdi Dünya Kuboku davam edir.

KONKRET.az xəbər verir ki, Azərbaycan millisinin güləşçisi yarışın ikinci gününə uğurla başlayıb.

Eldəniz Əzizli (55 kq) təsəlliverici görüşdə Ermənistan idmançısı Rudik Mkrtçyana qalib gəlib. O, rəqibini 9:0 hesabı ilə məğlub edib. Təmsilçimiz bununla da bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb. Dünya və Avropa çempionumuz 3-cü yer uğrunda görüşdə Balbay Dordokovla güləşəcək. Medal görüşünə Bakı vaxtı ilə saat 22:00-da start veriləcək.

Qeyd edək ki, Eldəniz 1/8 finalda Sebastyan Kolompara (Serbiya) 9:0 hesabı ilə qalib gəlsə də, 1/4 finalda Emin Seferşayevə (Rusiya) uduzub – 1:9. Rəqib finala çıxdığından təmsilçimiz medal uğrunda mübarizəni davam etdirib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*