Dünya İqtisadi Forumunun iclası təxirə salındıbackend

Dünya İqtisadi Forumunun iclası təxirə salındı

17-20 avqustda Sinqapurda keçirilməsi planlaşdırılan Dünya İqtisadi Forumunun xüsusi iclası təxirə salınıb.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə qurumun rəsmi açıqlamasında deyilir:

“Təəssüf ki, fərqli bölgələrdə baş verən faciəli hallar, qeyri-müəyyən səyahət perspektivləri, fərqli peyvəndolma səviyyəsi dünyanın hər yerindən gələn iş adamları, hökumət və vətəndaş cəmiyyəti nümayəndələri ilə qlobal bir görüşün keçirilməsini mümkünsüz edir”.

Növbəti xüsusi iclasın 2022-ci ilin birinci yarımilində keçirilməsi planlaşdırılır. Yer və tarix bu yay vəziyyətin qiymətləndirilməsinə əsasən müəyyənləşdiriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*