backend

Dünya ölkələrində pensiya yaşı - CƏDVƏL

Dünya ölkələrinin təqaüd yaşı siyahısı hazırlanıb. Siyahı qadın və kişilərin orta pensiya yaşı əsasında tərtib olunub.

KONKRET.az xəbər verir ki, bu barədə “Kommersant” qəzeti mənbələrə istinadən yazıb.

Cədvəli təqdim edirik:

 

Ölkə Təqaüd yaşı* (fərqli olduqda kişilər/qadınlar üçün)
Avstraliya 66 yaş 6 ay
Avstriya 65 / 60
Belçika 65
Bolqarıstan 64 yaş 6 ay / 62
Böyük Britaniya 66
Macarıstan 65
Almaniya 65 yaş 11 ay
Yunanıstan 67
Danimarka 67
İsrail 67 / 62 yaş 4 ay
İrlandiya 66
İslandiya 67
İspaniya 66 yaş 4 ay
İtaliya 67
Kanada 65
Kipr 65
Latviya 64 yaş 6 ay
Litva 64 yaş 6 ay / 64
Lüksemburq 65
Malta 63
Niderland 66 yaş 10 ay
Norveç 67
Polşa 65 / 60
Portuqaliya 66 yaş 4 ay
Rusiya 61 yaş 6 ay / 56 yaş 6 ay.
Rumıniya 65 / 62
Slovakiya 62 yaş 10 ay
Sloveniya 65
ABŞ 66 yaş 6 ay
Finlandiya 64 yaş 3 ay
Fransa 62
Xorvatiya 65 / 63
Çexiya** 64
İsveçrə 65 / 64
İsveç*** 63–69
Estoniya 64 yaş 6 ay
Yaponiya 65

İqbal Rzayev,

KONKRET.az

  • Vüqar
    Aprel 1, 2023 - 13:09

    Eynən bizim sosial durumda olanlardır hamısı.250-450 m maaş alanlardi.məhsur siyasətçi xanım demişkən Avropa bizdən öyrənir demokratiyani

    • Malik
      Aprel 2, 2023 - 04:22

      Onların yaşayış səviyyəsini və insanların orta ömürlərini aldıqları pensiya məbləğini də müqayisə üçün yazın

    • Ferhat
      Aprel 3, 2023 - 09:48

      Salam yaxın olanları yazibsiz
      Sadəcə Özbəkistan qadın 54 yaşında staja ehtiyac deyil

  • Güllü
    Aprel 2, 2023 - 02:02

    Nəyə görə biz başqa ölkələrlə müqayisə edib onları misal cəkirik. Bizim sərvətimiz dünya üzrə 1cidir. İnsallah dunya üzrədə 1ci olaraq qalacaq. Lakin bu pensiyaları bir az 60 yaş etsəydilər bəlkə pensiyəyə görə evlad sevdosi bir az artar.cunki indiki cavanlar ancaq özlərini idarə edirlər.hec kim öz arsını ilə hec kimi ölcməsin. Vəzifə müfəqqəridi insan olmaq allah yolunda dürust olmaq özünə həm məhəbbət həm hörmətdir

  • İnsan
    Aprel 2, 2023 - 05:06

    Onlarda minimum pensiya az qala bizdən 10 dəfə çoxdur və həyat səviyyəsi çox yüksəkdir insanları daha uzun ömürlüdü. Deyəndə bunlarıda deyin.

  • Seyfəddin Yusifov
    Aprel 2, 2023 - 10:36

    Həmin ölkələr üzrə orta ömür uzunluğu göstərilsə daha aydın olar.

  • Lamiə
    Aprel 2, 2023 - 10:41

    O ölkələrdə yaşayan pensiyaçılara bir baxsaq sonrada bizdə olanlara. Bizim insanlar onların babasına oxşayır. Çünki ömrü boyu bir tikə yavan çörəyə işləyiblər. Onlar pensiyaya çıxıb dünyanı gəzək. Bizim yazıq insanımız isə anca xəstəliklə əlləşin aldığı pensiya ilə bir dərmanın belə almayacaq. Bura belə bir ölkədir. Qullar və Quldarlıq rejimi.

  • elçin
    Aprel 2, 2023 - 12:20

    Agilli sen niye en inkisaf etmis olkeleri yazmisan ?
    Onlarda heyat seviyyesi cox yukskdir.
    Uzun omurluduler
    Issizlik yox seviyyesindedir.Bizde dovlet seviyyesinde 45 yasdan yuxari adamlari ise gotur.urler ki , yaslidir .
    Ay yazan sen kimi aldadirsan , kime yavinirsan ?
    Ayib olsun .

  • Bayramov Namiq
    Aprel 2, 2023 - 17:47

    siz niyə keçmiş sovet respublikaları ilə müqayisə etmirsiz?bizim yaşayışımızı Avropa ölkələri ilə müqayisə etmək absurddur.təəsüf…siz xalqı istəmirsiz ki yaxşı yaşasın.neftdən ,qazdan gələn pullar xalqa məxsusdur…uşaq pulu da verilmir…qadınların pensiya yaşı ən azı 3 uşağı olanlar üçün 58 ,başqa qadınlar üçün 60, kişilər üçün də 60 əgər 12il pensiya almalıdır deyirsizsə bu yaşlarda pensiya verilməlidir,çünki ölüm həddi 72 dir…statistikaya görə.ay istisadçı alimlərimiz özünüz öz dediyinizi inkar edirsiz.bu sizə yaraşmır.

  • Uzeyir
    Aprel 2, 2023 - 19:58

    Bu ölkələr hamısı inkişaf etmiş ölkələrdir orta ömür müddəti 83 yaşdır

  • Ləman
    Aprel 2, 2023 - 22:32

    Valla 50 yaşıma çatsam sevinərəm 400 manat maaşla nece dolanasane özdə 2 uşaqla 😞

  • beshirova tenzile
    Aprel 3, 2023 - 04:49

    siz bizim heyat sheraitimizi de nezere ALIN ishimiz yox yash 30 Dan yuxari ishe goturmurler corek pulu tapa bilmirik sosial yardim vermirler ki ucuq sokuk daxman varsa sene unvanli sosial yardim dushmur, ishsizlik muavineti yoxdur, DOSTa muraciet edirik gozleyin ish olanda cagiraciq hami deyir ki yeni gedin mezara belelikle biz hec kese lazim deyilik

  • Feridə
    Aprel 3, 2023 - 16:41

    Dövlətimiz əmr edib ki, Azərbaycanda yaşlıların ölümlə müqavilə müddəti uzadılsin.
    Tezliklə daha önə çıxıb pensiya yaşını 70 qaldırılması Milli Məclisə tapsirilsin

  • Rasim
    Aprel 3, 2023 - 20:36

    Bu hokumetin rezilliyi her sahede belliden bellidi. O adlari chekilen olkelerde ehali 20 ilden artiq bir muddetde amerikanin zibilliye basdirilan ve ya sahibsiz heyvanlara yedizdirilen iyne-dermanli budlarini nisye alib yemeye mecbur edilmeyib. Adini kishi qoyan shexsler her sheyin heqiqetini achib deyer, yox, kishilik mevhumundan xalidirlerse, hech olmasa cesaret tapib desinler ki, vermirik, bele isteyirik. Bir de ki, hemin olkelerin demek olar ki, hamisinda pensiya kapitali hemin yashi haqlamish, ancaq olen adamin tam ve ya mueyyen hissesi aile uzvlerine odenilir. Bes bizde? Allahin bir ucuz olumu gizlede biler xain xisletinizi. Neft ve milyonlar seltenetinde gorun kimler at oynadir.

  • Zohrab
    Aprel 4, 2023 - 00:13

    Vallah maralni yaltaglasmaqdi bu hökumətə o saydığınız ölkələrin vətəndaşları aylıq gəliri 2000 yevrodu bizim kimi 350 manat alıb ete həsrət qalmırlar yalannan onu ora yazıb milleti halsız çıxarın o nazirlərin dövlət büdcəsindən oğurladığı pullara milleti şah kimi dolandırmaq olar statın sonu

  • Leyla
    Aprel 4, 2023 - 08:12

    Salam, bes Gurcustan yoxdur siyahida?

  • Fəxrəddin
    Aprel 4, 2023 - 11:48

    Burada çoxu yalan və səhv məlumat verilib .ABŞ hər bir ştatda müxtəlif yaş həddi var

  • Nara
    Aprel 7, 2023 - 15:27

    Türkiyə isə ahıl yaşlı vətəndaşlara yüksək sosial təminat verən ölkələrdən sayılır. Burada təqaüdçülər aldıqları əmək haqqının 64,5%-i həcmində pensiya alır. Kişilər bu ölkədə 60, qadınlar isə 58 yaşında təqaüdə çıxır. 5 və daha artıq uşağı olan qadınlar isə 48 yaşda pensiyaçı olur. Ölkədə minimum pensiya 465 dollar, orta pensiya isə 680 dollar təşkil edir.

    Şimal qonuşmuz Rusiya isə zəif pensiya təminatı ilə seçilir. Bu ölkədə kişilər 60, qadınlar isə 55 yaşda pensiyaya çıxsa da, ölkədə orta aylıq pensiya 160 dollar təşkil edir

Bayramov Namiq üçün bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*