Dünyaca məşhur memar qəzada öldübackend

Dünyaca məşhur memar qəzada öldü

Dünyaca məşhur amerikan-alman memarı Helmut Yan ABŞ-ın Çikaqo şəhərində yol qəzasında həyatını itirib.

KONKRET.az xəbər verir ki, bu barədə ABC məlumat yayıb.

Belə ki, velisopedlə irəliləyən 81 yaşlı memar yol kəsişməsində “Stop” işarəsinə baxmayaraq nəqliyyat vasitəsini dayandıra bilməyib və nəticədə əks istiqamətlərdə hərəkət edən iki avtomobil tərəfindən vurulub.

Avtomobillərdən birinin sürücüsü də yüngül xəsarətlərlə xəstəxanaya yerləşdirilib.

Qeyd edək ki, H.Yan onlarla təkrarsız memarlıq layihəsinin müəllifi idi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*