Dünyada benzin qıtlığı yaranacaq – BP-nin rəhbəribackend

Dünyada benzin qıtlığı yaranacaq – BP-nin rəhbəri

Hazırda güclü tələb fonunda qlobal neft hasilatı imkanları məhduddur.

KONKRET.az xəbər verir ki, Böyük Britaniyanın BP şirkətinin rəhbəri Mutrrey Okinklossun investorlarla söhbət zamanı dediyinə görə, dünyada dizel istehsalı güclərində çatışmazlıq var, gələcəkdə benzin istehsalı ilə bağlı da eyni vəziyyət yaranacaq.

O qeyd edib ki, BP 2027-ci ilə qədər neft hasilatını 2-3 faiz artırmaq niyyətindədir, lakin 2030-cu ilə qədər hasilatın nə qədər artacağını dəqiqləşdirməyib. Çünki bu, yeni layihələrlə bağlı qərarların nəticələrindən asılı olacaq. Onun sözlərinə görə, bir neçə layihənin – Braziliyada, Meksika şelfində, Kanadada, Əbu-Dabidə və s. həyata keçirilməsinin təsdiqlənməsi planlaşdırılır.

Ticarətdən danışarkən o qeyd edib ki, əvvəlki illərdə bazarda güclü volatillik olub: “İrəliyə baxsaq, neftə tələbat çox güclü olmaqda davam edir, Səudiyyə Ərəbistanından başqa bazarda çox ehtiyat tutum yoxdur. Emal tərəfində biz çoxlu sayda neft emalı zavodunun bağlandığını gördük, dizel tutumu çatışmır. Bu gün və əminəm ki, sabah benzin tutumunda çatışmazlıq yaranacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*