Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı açıqlandıbackend

Dünyada COVID-19 əleyhinə vurulan vaksinlərin sayı açıqlandı

Yeni növ koronavirus (COVID-19) infeksiyası əleyhinə kütləvi vaksinasiyanın aparıldığı ölkələrin sayı 88-ə çatıb.

KONKRET.az-ın xəbərinə görə, bu barədə “Bloomberg”in hazırladığı infoqrafikada qeyd olunub.

Vaksinasiyanın aparıldığı ölkələrdə ümumilikdə 202 milyon dozadan çox vaksin vurulub. Gündəlik vaksin olunanların sayı isə 6.35 milyon nəfərə çatıb.

ABŞ-da vaksinasiyanın başlandığı 14 dekabr 2020-ci il tarixindən etibarən 61.3 milyon doza peyvənd tətbiq edilib ki, bu da əhalinin hər 100 nəfərinə 18.5 doza edir.

Kütləvi vaksinasiya proqramı çərçivəsində Çində 40.5 milyon, Avropa İttifaqında 26.2 milyon, Böyük Britaniyada 17.8 milyon, Türkiyədə 6.5 milyon doza peyvənd vurulub.

Vaksin edilənlərin sayının əhalinin ümumi sayına nisbətdə ən yüksək olduğu ölkə İsrail olaraq qalır. Bu ölkədə artıq 7.1 milyon doza peyvənd vurulub ki, bu da əhalinin hər 100 nəfərinə 78.8 doza deməkdir. (APA)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*