Dünyada ən çox ərə gedən məşhur, Amerikalı aktrisa Zsa Zsa Gabor sayılır.
KONKRET.az xəbər verir ki, o, həyatında doqquz dəfə ərə gedib. Gabor Hollivud ulduzu olmaqla yanaşı, onun evlilikləri də mətbuatın diqqət mərkəzində idi. Onun evləndiyi kişilər arasında milyarderlər, sənətçilər və aristokratlar olub. Bu çoxsaylı evliliklər ona həm film dünyasında, həm də şəxsi həyatı ilə bağlı şöhrət qazandırıb.
Qeyd edək ki, macar əsilli Zsa 2016-cı ildə dünyasını dəyişib.//Milli.Az