Dünyada koronavirusdan 1500-dən artıq jurnalist vəfat edibbackend

Dünyada koronavirusdan 1500-dən artıq jurnalist vəfat edib

2020-ci ilin mart ayından bu yana 77 ölkədən 1500-dən çox jurnalist koronavirus səbəbiylə ölüb.

KONKRET.az xəbər verir ki, bu barədə “Press Emblem Campaign” (PEC) məlumat verib.

Qeyd olunur ki, rekord say isə bu ilin may ayında qeydə alınıb – 200-dən çox media işçisi xəstəlikdən dünyasını dəyişib.

“Pandemiya daha çox Hindistan KİV-nə baha başa gəlib: 2020-ci ilin martından bəri bu ölkədə ən az 246 ölüm qeydə alınıb”, – deyə məlumatda bildirilir.

Sonrakı yerlərdə müvafiq olaraq Braziliya (239), Peru (163), Meksika (112) və Kolumbiya (65) gəlir.

Təşkilatın məlumatına görə, Azərbaycanda  pandemiyadan 1 media işçisi dünyasını dəyişib. Oxu.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*