Dünyamin Xəlilova əlavə 9 il 6 ay həbs cəzası istənildibackend

Dünyamin Xəlilova əlavə 9 il 6 ay həbs cəzası istənildi

ltı ildir həbsdə olan sabiq deputat Dünyamin Xəlilov və iş adamı Azad Cavadova açılmış yeni cinayət işi üzrə məhkəmə istintaqı tamamlanıb.

KONKRET.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror Eldar Həmzə ittiham nitqi ilə çıxış edib.

Prokuror müttəhimlərin verilmiş ittihamla təqsirli bilinmələrini, D.Xəlilova 9 il 6 ay, A.Cavadova isə 9 il əlavə azadlıqdan məhrum etmə cəzası təyin edilməsini tələb edib. O, Cinayət Məcəlləsinin 66-cı maddəsi tətbiq edilməklə D.Xəlilovun ümumi məhkumluq müddətinin 15 ilə, A.Cavadovun isə 13 il 6 aya qaldırılmasını təklif edib.

Qeyd edək ki, təqsirləndirilən şəxslərin hər ikisi məhkumdur.

Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 14 il 6 ay, Azad Cavadov isə 10 il 11 ay müddətinə azadlıqdan məhrum ediliblər. Onlar Cinayət Məcəlləsinin 179.3.1 (mənimsəmə, mütəşəkkil dəstə tərəfindən törədildikə), 179.3.2 (mənimsəmə külli miqdarda törədildikdə), 213.2.1 (vergidən yayınma, mütəşəkkil dəstə tərəfindən törədildikdə, 213.2.2 (vergi ödəməkdən yayınma külli miqdarda törədildikdə), 32.4, 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə ələ alma) 32.4, 309.2 (vəzifə səlahiyyətini aşma) maddələri ilə təqsirli biliniblər.

Ötən ilin yayında sözügedən şəxslərə yeni cinayət işi açılmışdı.

D. Xəlilov 2005-ci ildə Beynəlxalq Bankın səhmdarı olub. 2005-2010-cu illərdə deputat olan Dünyamin Xəlilov, həm də bankın rəhbəri olmuş Cahangir Hacıyevin qohumudur və işçisi olub. C.Hacıyevə məxsus “Şəki Bazar” və “Şəki Ət Kombinatı” ASC-ni uzun müddət D. Xəlilov idarə edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*