Dünyanın 14 ən yüksək zirvəsini fəth edən nepallı gəncin cəmi 18 yaşı varbackend

Dünyanın 14 ən yüksək zirvəsini fəth edən nepallı gəncin cəmi 18 yaşı var

Nepallı yeniyetmə Yer kürəsinin 14  yüksək zirvəsinə qalxan ən gənc alpinist rekorduna imza atıb. 

KONKRET.az BBC-yə istinadən xəbər veririr 18 yaşlı Nima Rinji oktyabrın 9-da səhər saat 06:05-də Tibetdəki Şişapanqma zirvəsinə çatıb. Bu zirvə  8027 metr hündürlükdə yerləşir. Bununla da  Rinji 8000 metr hündürlükdə olan 14 zirvənin hamısına qalxan bir neçə insandan biridir. Nima Rinji 16 yaşından  alpinizmylə məşğul olur. 2 il ərzində 8000 metrdən yuxarı bütün zirvələri fəth edib. 2022-ci ildə Nepaldakı 8-ci yerdə olan Manaslu zirvəsinə qalxıb. O, həmçinin Himalayda G1 və G2 zirvələrinə qalxan ən gənc alpinistdir. 8000 metrdən yuxarı bütün zirvələrə qalxanlar arasında ən  gənc alpinist 2019-cu ildə 30 yaşında 14 zirvənin hamısına qalxan nepallı  Mingma Gyabu idi. Xatırladaq ki, 8000 metrdən yuxarı olan bütün zirvələr Asiyadadır.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*