Dünyanın ən bahalı qəhvəsi: Kilosu 1000 dollar – FOTObackend

Dünyanın ən bahalı qəhvəsi: Kilosu 1000 dollar - FOTO

İndoneziyanın məşhur Bali adası ziyarətçilərinə dünyanın ən bahalı qəhvəsini dadmaq fürsəti təqdim edir. Müşk pişiyinin mədəsində qıcqırdılan qəhvə dənələrindən əldə edilən “Luwak kofesi” min dollara qədər alıcı tapır.

KONKRET.azTRT Haber”ə istinadən xəbər verir ki, İndoneziyada “Luwak” və ya “Musang” (Paradoxurus) olaraq da adlandırılan Müşk pişiyinin mədəsində həzm olunmayan paxladan alınan qəhvədə daha az kofein olur.

Belə ki, kofenin istehsalı üçün Müşk pişikləri adətən arabika və ya robusta qəhvə ağacının meyvələri ilə qidalandırılır.

Balinin Ubud bölgəsindəki yerli qəhvə fermasında çalışan Ni Ketut Budiani bu qeyri-adi qəhvənin uzun bir prosesdən keçərək hazırlandığını bildirib.

Onun sözlərinə görə, qəhvənin emal prosesi adətən bir həftə çəkir. O, yaxşı qəhvə əldə etməyin sirrinin havanın yağışlı olub-olmamasına bağlı olduğunu açıqlayıb.

Budiani 2 kiloqram qəhvə dənəsinin üyüdülməsi prosesinin təxminən 1 saat çəkdiyini bildirib. Digər tərəfdən, ada öz ziyarətçilərinə çoxlu ekzotik və yerli çay variantları təklif edir.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*