Dünyanın ən böyük göllərinin yarısı quruyurbackend

Dünyanın ən böyük göllərinin yarısı quruyur

Dünyanın ən böyük göllərinin yarısından çoxu quruyur.

KONKRET.az xəbər verir ki, bu qənaətə ABŞ-nin Kolorado Universitetinin alimləri gəlib.

Müəlliflər 1992-ci ildən 2020-ci ilə qədər dünyanın ən böyük göllərindən 1 972-ni araşdırmaq üçün 250 000 peyk göl təsvirindən istifadə ediblər. Onlar doqquz peyk hündürlükölçəndən su səviyyəsinin göstəricilərini toplayıb və qeyri-müəyyənliyi azaltmaq üçün uzunmüddətli müşahidələrdən istifadə etməyə çalışıblar. Uzunmüddətli səviyyə məlumatları olmayan göllər üçün ən son su səviyyəsi ölçmələrindən istifadə edilib. Nəticədə müəlliflər son onilliklərdə göllərdə olan suyun səviyyəsini modelləşdiriblər.

Aydın olub ki, dünya göllərinin 53 faizində su ehtiyatı azalıb. Daha sonra alimlər bu itkini iqlim modellərinin köməyi ilə açıqlamağa çalışıblar. Məlum olub ki, suyun səviyyəsinin azalmasının əsas səbəbi qlobal istiləşmə və su ehtiyatları ilə bağlı antropogen faktorlardır. O cümlədən Əfqanıstanda Qudi-Zireh və Argentinada Mar-Çikita göllərinin qurumasını qeydə almaq mümkün olub ki, bu da problemli sayılmayıb.

Həm quraq, həm də rütubətli bölgələrdə göllər həcmini itirir, xüsusən də Arktika göllərinin quruması alimləri təəccübləndirib. Eyni zamanda, suyun səviyyəsinin ümumi azalması fonunda göllərin 24 faizində suyun səviyyəsi qalxıb. Süni su anbarlarının qiymətləndirilməsi də aparılıb – Yerin böyük su anbarlarının, demək olar ki, üçdə ikisi əhəmiyyətli dərəcədə su itirir.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*