Dünyanın ən hündür binası tikilir – 5 milyardlıq layihəbackend

Dünyanın ən hündür binası tikilir - 5 milyardlıq layihə

Səudiyyə Ərəbistanının paytaxt Ər-Riyadda dünyanın ən hündür binasını tikiləcək.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, göydələnin hündürlüyü iki min metr olacaq.

Bu, hazırda dünyada göstəricisinə görə rekord sayılan Dubayın “Bürc Xəlifə” binasından iki dəfədən artıqdır. Məlumat üçün bildirək ki, “Bürc Xəlifə”nin hündürlüyü 828 metrdir.

Göydələn Ər-Riyadın ətrafında salınan və Səudiyyə İctimai İnvestisiya Fondu tərəfindən maliyyələşdirilən 18 kilometrlik yeni biznes mərkəzində tikiləcək. Həmin ərazi Kral Xalid Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir.

Dünyanın ən hündür binasının tikintisi rekord məbləğə – təqribən 5 milyard dollara başa gələcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*