Bir çoxları alman qadınlarını soyuq, kişi təmkinli kimi fərz edirlər, lakin cazibədar Alice Schmidt bütün stereotipləri aşaraq gənc alman qızlarının gözəl və eyni zamanda güclü olduğunu sübut edib.
KONKRET.az xəbər verir ki, bu haqda məlumatı “Rambler” yayıb.
Angel sifəti və dəqiq fiquru olan sarışın Alice uşaqlıqdan peşəkarcasına 400 metr məsafəyə qaçmaqla məşğul olur. Möhtəşəm alman qızı artıq xeyli mükafat qazanıb, onların arasında 20 yaşadək olan yüngül atletika üzrə Avropa çempionatının gümüş medalı da var. İndi 21 yaşı var və əsas məqsədi Yaponiyada keçiriləcək 2020 Olimpiya Oyunlarında layiqli çıxış etməkdir.
Amma Alice yalnız professional uğurları ilə fərqlənmir. Belə ki, uzun ayaqlı sarışın “dünyanın ən seksual idmançısı” adlandırılıb. Bu adı Alisaya məşhur Avstraliya nəşri “Busted Coverage” təqdim edib və bütün dünya mediası bununla tez bir zamanda razılaşıb.
Alisa indi həddindən artıq özünə diqqət ayırır, reklam müqavilələri ilə məşğul olur. İdmançının “İnstagram”da 630 mindən çox abunəçisi var.
Babək Göyüş
KONKRET.az